Rus hərbi gəmisi Kiprə daxil oldu

Rus hərbi gəmisi Kiprə daxil oldu backend

Rusiyanın Qara dəniz donanmasının “Admiral Qriqoroviç” gəmisi Kiprin Limassol limanına gəlib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik bu gəminin Aralıq dənizində döyüş tapşırıqlarını yerinə yetirdiyini bildirib.

Gəminin Kiprdə su və yanacaq ehtiyatı toplayacağı vurğulanıb.