İraqda qaçqın düşərgəsində partlayış - ÖLƏNLƏR VAR

İraqda qaçqın düşərgəsində partlayış - ÖLƏNLƏR VAR backend

İraqın Ramadi şəhərində qaçqın düşərgəsində partlayış baş verib.

Qaziler.az-ın verdiyi xəbərə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilib.

“Əl-Ərəbiyə” telekanalı partlayış nəticəsində 14 nəfərin öldüyü barədə məlumat yayıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Anbar vilayətində yerləşən Ramadi şəhəri 2015-ci ildə İŞİD terror qruplaşmasının silahlılarından azad edilib.