Fransanın şimalındakı Kale şəhərində miqrantlar arasında kütləvi dava olub.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Agence France-Presse" yayıb.Yerli hakimiyyət orqanlarının məlumatında bildirilir ki, Efiopiyadan və Eritreyadan olan miqrantlar yerli vaxtla saat 13:15-də dəyənəklə və daşla silahlanaraq şəhərin sənaye zonasında bir-birlərinə hücum ediblər. Kale merinin müavini Filip Minonun sözlərinə görə, dava zamanı 20 nəfər xəsarət alıb. Hadisə ilə bağlı 3 miqrant saxlanılıb.
Qeyd edək ki, analoji hadisə cümə günü axşam da baş verib. Polis hadisə ilə bağlı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Dava zamanı 9 nəfər xəsarət alıb.