Vəba epidemiyası Yəməndə 1500 can aldı

Vəba epidemiyası Yəməndə 1500 can aldı backend

Yəməndə vəba epidemiyası qurbanlarının sayı 1500 nəfəri keçib.

Qaziler.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi Nevio Zaqariya bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 246 min vəba xəstəliyinə yoluxma halı qeydə alınıb.

YUNİSEF ilin sonunadək Yəməndə vəba xəstəliyinə yoluxanların sayının 300 min nəfərə çatacağını proqnozlaşdırılıb.