AKP-nin sədr müavini qətlə yetirildi

AKP-nin sədr müavini qətlə yetirildi backend

Türkiyənin Diyarbəkir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Orxan Mərcan güllələnərək qətlə yetirilib.

AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Liçe rayonunda baş verib.

Məlumata əsasən atəş açan şəxslər dərhal hadisə yerindən qaçıblar. Silahlı hücumun PKK terrorçuları tərəfindən həyata keçirildiri bildirilir.

Hazırda cinayətkarların axtarışına başlanılıb.