ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasında toqquşmalarda 15 polis əməkdaşı yaralanıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.
CNN telekanalının məlumatına görə, şəhərdə yanğınların başlandığı bildirilir. Yanğın bir neçə qeyri-yaşayış binası və talan edilmiş ticarət obyektlərini əhatə edir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Zərərçəkənlər barədə məlumat verilmir.