Çili Universitet Xəstəxanasında həkimlər əməliyyat zamanı öz ölkələrinin qol sevincini yaşayıblar.
Axar.az xəbər verir ki, Rusiyada keçirilən Konfederasiya Kubokunda Portuqaliya ilə Çili milli komandalarının oynadığı yarımfinal matçına baxan həkimlər əməliyyatı unudublar. Xəstənin yarımcan qoyub, Çilinin 3:0 qələbəsinin sevincini yaşamaları və bunu sosial şəbəkədə paylaşmaları isə böyük ictimai qınağa səbəb olub.Xəstəxana rəhbərliyi isə bu haqda açıqlamasında hadisə ilə əlaqədar lazımlı tədbirlər görüldüyünü bildirib.
Qeyd edək ki, ölkədə böyük müzakirələrə səbəb olan hadisə ilə əlaqədar istintaq başladılıb.