Moskvada güclü qasırğa: 3 ölü, 5 yaralı

Moskvada güclü qasırğa: 3 ölü, 5 yaralı backend

Rusiyada güclü külək və yağış Moskva şəhəri və Moskva vilayəti ərazisində elektrik paylayıcı şəbəkələrdə qəzalara səbəb olub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş verən güclü külək zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb. Belə ki, şiddətli külək yük maşınındakı beton çarxı düşürüb və nəticədə beton çarx iki nəfərin üstündən keçib.

Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfəri isə ildırım vurub. O, hadisə yerində keçinib.