Rusiya ödənişdən imtina etdi

Rusiya ödənişdən imtina etdi backend

Rusiya Avropa Şurası büdcəsinə 2017-ci il üçün ödəniş etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi saytında informasiya yayıb.

Xarici İşlər naziri Sergey Lavrovla Avropa Şurasının baş katibi Torbyorn Yaqland arasında telefon danışığı baş tutub. Sergey Lavrov baş katibə Rusiyanın 2017-ci il üçün nəzərdə tutulan ödənişi etməyəcəyini bildirib.

Söhbət zamanı Rusiyanın Avropa Şurası ilə əməkdaşlığı, ikitərəfli münasibətlərin bir sıra mühüm məsələləri də müzakirə edilib.