ABŞ-ın Merilend ştatının qubernatoru Lari Hoqan Baltimor şəhərində baş verən iğtişaşlarla əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Milli Qvardiyası hazırlıq vəziyyətinə gətirilib.
Hazırda Baltimor şəhərində iğtişaşların davam etdiyi bildirilir. Etirazçılar avtomobilləri yandırır, soyğunçuluq halları müşahidə edilməkdədir.Xatırladaq ki, aprelin 28-də ABŞ-ın Baltimor şəhərində polislə etirazçılar arasında toqquşmalar başlayıb. İnsidentə səbəb polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qreyin sonradan xəstəxanada keçinməsi olub.
Son məlumata görə, ABŞ prezidenti Barak Obama yaranmış vəziyyəti Baş prokuror Loretta Linç və Baltimor şəhərinin meri Stefani Rolinqs-Bleyki ilə müzakirə edib.