Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Alman Parlamenti nifrət ehtiva edən və saxta xəbərləri yayımlayan sosial media şirkətlərinə 50 milyon avro pul cəzası verilməsini nəzərdə tutan qanunu təsdiq edib.
Yeni qanuna əsasən, nifrət xarakterli yazılar və yalan informasiyaları 24 saat ərzində silməyən sosial platformalara 50 milyon avroya qədər pul cəzası tətbiq olunacaq.
Sosial media platformaları yeni qanun layihəsinə qarşı çıxsa da ölkəyə çox sayda qaçqının gəlməsindən sonra Almaniyada sosial mediada irqçilik və nifrət ritorikasının dahaçox vüsət aldığı qeyd olunur.