Bu gün ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefona danışığı olacaq.
QAZİLƏR.AZ “Report”-a istinadən xəbər verir ki, bunu Ağ evin nümayəndəsi bildirib.
İki prezidentin danışığı Bakı vaxtı ilə saat 17.30-da olacaq.
Qeyd edək ki, bu il mayın 16-da Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında Vaşinqtonda təkbətək görüş keçirilib.