Qətərə embarqo qoyan ölkələr hərbi baza yaradacaq

Qətərə embarqo qoyan ölkələr hərbi baza yaradacaq backend

Qətərə embarqo qoyan 4 ölkənin Bəhreyndə hərbi baza yaradacaqları iddia edilir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Misir dövlətinə məxsus "El-Ehram el-Arabi" jurnalının internet saytında verilən xəbərdə bildirir ki, Qətərin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərini 72 saat ərzində yerinə yetirməyəcəyi təqdirdə bəzi tədbirlərə əl atacaqlar.

İqtisadi embarqonun genişləndirilməsi və Bəhreyndə hərbi baza yaratmaq planının da bu tədbirlərə daxil olduğu qeyd edilib.

Arzu Səlim