Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən pis münasibət Türkiyəyə edilmiş sayılacaq və bunun qarşılığı veriləcək.
Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı partiya toplantısında çıxışı zamanı deyib.“Ərdoğanın nəzakətsiz üslubda əsassız tənqidlərə məruz qalması çirkin və anti-demokratikdir. Alman zehniyyətinin müəyyən zamanlarda ölkəmizə qarşı təxribat xarakterli açıqlamalarının heç bir əsası yoxdur. Unutmasınlar ki, türk milləti daxili və xarici təhdidlərə qarşı daim birdir”, - Baxçalı bildirib.