ABŞ-ın “kimyəvi hücum” iddiasının hədəfi Rusiyadır

ABŞ-ın “kimyəvi hücum” iddiasının hədəfi Rusiyadır backend

Suriyanın yeni kimyəvi hücuma hazırlığı kimi təhrikedici iddia yalnız Dəməşqə deyil, eyni zamanda Rusiyaya qarşıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağ Evin Suriya hökumətinin yeni bir kimyəvi hücuma hazırlanması iddiasına cavab olaraq deyib.

“Bu nə yeni, nə də orijinal bir iddiadır. Bu Suriyaya qarşı yeni hərbi müdaxilənin qığılcımları, ABŞ-ın Suriyada tətbiq edəcəyi tipik bir strategiyanın parçasıdır”, - Zaxarova bildirib.

Xatırladaq ki, Ağ Ev sözçüsü Şon Spayser və Pentaqon sözçüsü Adrian Rankin-Qollivay Əsəd rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını söyləyib.