Luqanskda kəşfiyyat toqquşması: rus hərbçi əsir düşdü

Luqanskda kəşfiyyat toqquşması: rus hərbçi əsir düşdü backend

Luqansk ərazisində yerli qüvvələrlə ukraynalıların toqquşması nəticəsində 22 yaşlı rus hərbçi Viktor Aqeyev əsir götürülüb.

Axar.az xəbər verir ki, hadisə barədə Ukrayna Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, müqavilə əsasında bu ildən orduda xidmət edən Viktor Aqeyev axşam saatlarında Ukraynanın 93-cü xüsusi mexanikiləşdirilmiş briqadası ilə Luqansk 2-ci Ordu Korpusunun 4-cü mexanikiləşdirilmiş briqadasının kəşfiyyat qruplarının toqquşması nəticəsində əsir düşüb.