ABŞ üçün bu təhlükə həmişə olacaq

ABŞ üçün bu təhlükə həmişə olacaq backend

Gələcəkdə də ABŞ-da keçiriləcək seçkilərə müdaxilə edilə bilər. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Daxili Təhlükəsizlik naziri Con Kelli deyib.


Vaşinqtonda çıxış edən Con Kelli tabeliyində olan nazirliyin bir tərəfdən ölkəyə qarşı kiber müdaxilənin qarşısını almaqla, digər tərəfdən isə ştatların və yerli orqanların muxtariyyətinə hörmət göstərməklə balansı tənzimləməyə çalışdığını bildirib. Seçkilərə yeni bir müdaxilə cəhdini istisna etməyən nazir ştatları könüllülük əsasında onlara kömək etməyə, məmurları isə əlavə dəstək verməyə çağırıb.

Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə iddiaları Vaşinqtonun 2018-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə daha ehtiyatla yanaşmasına səbəb olub.