Pxenyan Cənubi Koreyanın eks-liderinə ölüm hökmü çıxardı

Pxenyan Cənubi Koreyanın eks-liderinə ölüm hökmü çıxardı backend

Şimali Koreya hökuməti Cənubi Koreyanın eks-prezidenti Pak Kın Xe haqqında ölüm hökmü çıxarıb.


Axar.az xəbət verir ki, prezidentlə yanaşı Pxenyan eks-kəşfiyyat rəisini də ölüm hökmünə məhkum edib.

Pxenyan Seuldan ittiham olunanların Şimali Koreyaya verilməsini tələb edib:

“Pak Kın Xe Kim Çen İnə qarşı 2015-ci ildə təşkil edilən sui-qəsdin əsas təşkilatçısıdır. Buna görə də satqın Pak Kın Xe edam edilməlidir”, – Şimali Koreyanın bəyanatında deyilir.