Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının 7 əməkdaşı azad edilib.
"Report"un məlumatına görə, bu barədə "Agence France Presse" Tripolinin prezident qvardiyasının nümayəndəsi Nəcmi ən-Nakuaya istinadən xəbər verib.
"Onlar azad ediliblər və hazırda təhlükəsiz şəraitdə Mitiqa hava limanına göndərilirlər" – deyə ən-Nakua agentliyə bildirib.
Qeyd edək ki, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib. BMT-nin missiyasının üzvlərini oğurlayanlar Səudiyyə Ərəbistanında həbs edilmiş tərəfdarlarının azad edilməsini tələb edirdilər.