BMT əməkdaşlarını girov götürən silahlılar tələblərini irəli sürüblər

BMT əməkdaşlarını girov götürən silahlılar tələblərini irəli sürüblər backend

Liviyada BMT missiyasının əməkdaşlarını girov götürən silahlılar tələblərini irəli sürüblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb ediblər.

Bu gün silahlılar Tunisdən Liviyanın Əz-Zəviyyə şəhərinə, qeyri-qanuni miqrantların yerləşdirildiyi mərkəzləri təftiş etməyə gedən 7 BMT əməkdaşını girov götürüblər.