Qatillər və psixopatlar ən çox bu bürcdən çıxır - MARAQLI

Qatillər və psixopatlar ən çox bu bürcdən çıxır  - MARAQLI backend

Qatillərin və psixoloji pozğunluqlara meylli cinayətkarların doğum tarixləri üzərindən aparılan araşdırma ən psixopat bürcün Xərçəng olduğunu ortaya çıxarıb.

Qaziler.az bildirir ki, Moderator.az xüsusi araşdırmaya əsasən bürclərin müəyyən edilmiş xüsusiyyətlərini təqdim edir:

Əkizlər

Onlar haqqında daim pis danışılır, ancaq rəsmi rəqəmlərə görə ən təhlükəsiz bürc Əkizlərdir! Yəqin ki, heç kəsi öldürəcək, ya da zərər verəcək qədər ciddiyə almadıqlarına görə, Əkizlər əlini qana ən az bulayan bürclərdəndir. Ya da qurbanlarını öldürmək əvəzinə, çənələri və qeybətləri ilə həyatdan bezdirməyə üstünlük verirlər. Haradan baxsan, ağıllı görünürlər!

Dolça

İkinci ən məsum bürc isə dolçadır! Ədalətə çox önəm verdiklərindən Dolça bürcü Əkizlərdən sonra ən az şiddətə müraciət edən bürc hesab edilir. Bəlkə də cinayət törətdikdən sonra arxada iz buraxmayacaq və tutmayacaq qədər ağıllı olduqlarından dolayı da bu rəqəm bu qədər aşağı ola bilər!

Şir

Nərildəyib durduqlarına baxmayın, pişikdir onlar, pişik! Şir da ən azı cinayətə qarışmayan bürclərdəndir! Şir bürcündə doğulan qatillərin çoxunun cinayət səbəbinin diqqət çəkmək məqsədli olduğu da bildirilib. Nə deyək, həyatdır...

Tərəzi

Ədalətli, xeyirxah, səbirli olduğu üçün Tərəzi bürcünün cinayət işləmə mövzusunda şirlərdən və dolçalardan geridə qalması qəribədir əlbəttə ki. Demək ki, səbrin də bir sərhədi var. Yəqin ki, kobud davranışlara və xoş niyyətlərinin sui-istifadə edilməsinə dözməyərək əllərini qana bulamalı olurlar.

Qız

Orta hesabla psixopat və vasvası bir qatildir Qız! Cinayətdən çox oğurluq və dələduzluq hallarının daha yüksək olduğunu qeyd etməkdə də fayda var.

Balıq

Balıq bürcünü şirin hesab edirsinizsə, yanılırsınız! "Qatil kloun" kimi tanınan Con Ueyn Gacy, Riçard Ramirez, kədərli hekayəsiylə Aileen Wuornos Balıq bürcündən olan ən məşhur qatillərdəndir. Balıqlar daha çox asılılığa meyilli obrazları ilə yanaşı qeyri-dəqiq qətllər törədirlər. Nə qədər sevimli olduğunu düşünəndə, siyahının ən təhlükəli 7-ci bürcü olması təəccüblüdür!

Oğlaq

Oğlaq bürcündə doğulan qatillər orta hesabla bir sayda olsa da, ən çox insan öldürən qatil Oğlaq bürcündən çıxıb! Qanunlara və qaydalara hörmətlə yanaşsalar da, əksi pis olan Oğlaq bürcü siyahının tam ortasındadır! Bu bürc az cinayət törədir, amma törədəndə də tam işləyir!

Qoç

Dəlibaş olaraq bilinən Qoç bürcünə təəccüblənməməliyik, əlbəttə ki! Amma qəzəbləri ani olur, tez keçir. Bu üzdən ən təhlükəli bürc kimi 5-ci sırada yer alır. Bir Qoç bürcünü hirsləndirsəniz, bir müddət ondan uzaq durun. Sonra nəyə hirsləndiyini unudacaq onsuz da!

Buğa

Buğanın qəzəbi güclüdür, buna şübhə yoxdur! Törətdiyi cinayətlər isə cinayətdən çox dələduzluq kimi maliyyə mövzularında olur! Zinəti, zövqü səfanı sevirlər.

Oxatan

Ən təhlükəli üç bürcə gəlmişik: oxatan yandırıb-yıxan qəzəbilə 3-cü sırada yerləşir! Törətdikləri cinayətlər və cinayətkarlar elə kiçik miqyaslı və fərdi də olmur. Məsələn, Ted Bundy, Pablo Escobar, Stalin oxatan bürcündəndir! Böyük cinayətlər törədir, kütləvi şəkildə öldürür, özünü "lider" elan edir.

Əqrəb

Əqrəb ən təhlükəli 2-ci bürcdür! Bir çox məşhur qatil noyabr ayında doğulduğu üçün böyük əksəriyyəti Oxatan ikən, geridə qalanlar da Əqrəbdir. Ümumiyyətlə, sadistcəsinə cinayətlər işlədikləri qeydiyyatdan keçib. Yəni, Əqrəblərdən qorxmağa davam edin!

Xərçəng

Siyahımızın birinci yerində duran, obrazlı şəkildə desək, manyakların bayraq daşıyanı isə Xərçəngdir! Ümumiyyətlə qısqanclıq mənbəli cinayətlər işlədikləri bildirilir. Dəyişkən ruh halları ilə əllərindən daima bir qəza çıxır. Atalar demişkən, yavaş atın təpiyi yaman olurmuş!