İŞİD-ə aid kənddə partlayış — 40 nəfər həlak oldu

İŞİD-ə aid kənddə partlayış — 40 nəfər həlak oldu backend

İŞİD terror qruplaşmasına məxsus bir kənd ərazisində partlayış baş verib.

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava hücumları tələfatsız ötüşməyib.

"Ölkə.Az" xəbər verir ki, Mədayin rayonundakı Deyr-əz-Zor kəndinə edilən hücumlar nəticəsində 40 nəfər mülki vətəndaş həlak olub. Bu barədə Suriyanın "SƏNA" agentliyi məlumat verib.

Məlumatda deyilir: "Mədayin rayonunda kəndə avia zərbələr endirilib. Hücum nəticəsində 40 nəfər mülki vətəndaş həlak olub. Ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır".

Agentliyin məlumatına əsasən kənd sakinləri təşviş içində səhraya qaçışırlar. Çünki növbəti hücum qorxusu və təhlükəsi davam edir.