Moskva-Kuba reysi ilə uçan təyyarə məcburi eniş edib

Moskva-Kuba reysi ilə uçan təyyarə məcburi eniş edib backend

Moskvadan Kubanın Varadero şəhərinə uçmalı olan “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanında fövqəladə eniş edib.


QAZİLƏR.AZ Trend-ə istinadən xəbər verir ki, İlkin məlumata görə, buna səbəb avtomatlaşma sistemində qeydə alınan nasazlıq olub.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Sərnişinlərin ehtiyat reyslə günorta saatlarında yola salınacağı barədə məlumat verilib.