Mühərrikində pul tapılan təyyarə uça bilmədi

Mühərrikində pul tapılan təyyarə uça bilmədi backend

Çinin Şanxay aeroportunda sərnişinin xoşbəxtlik üçün təyyarənin mühərrikinə atdığı qəpiyə görə uçuş ləngiyib.

Aeroportun əməkdaşları Şanxay Quançjou reysi ilə hərəkət edən təyyərənin mühərrikinə qəpik atan sərnişini saxlayıblar.

Qaziler.az bildirir ki, RİA Novosti-nin Çin KİV-nə istinadən verdiyi məlumata görə, yaşlı qadın ailəsi ilə birlikdə təyyarənin pilləkənində - minik zamanı "iş başında" yaxalanıb.

Mühərrikdəki qəpiyə görə 150 nəfər sərnişini olan təyyarənin uçuşu nəzərdə tutulduğundan 5 saat yarım ləngiyib.