Məşhur ərəb müğənnisi hava limanında kokainlə tutuldu

Məşhur ərəb müğənnisi hava limanında kokainlə tutuldu backend

Yaxın Şərqdə hit mahnıları ilə məşhur olan bəhreynli müğənni Asala Nəsri Livanın paytaxtı Beyrut şəhərinin Rafiq Həriri adına beynəlxalq hava limanında kosmetika cüzdanında kokainlə yaxalanıb.

Virtualaz.org “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, Nəsrinin sözlərinə görə, kokaini cüzdanına kənar şəxs atıb və onun narkotik maddədən xəbəri yoxdur. Buna baxmayaraq, Livan polisi qadın müğənnini zəruri sənədləri imzalamağa və qanında narkotik maddənin olub-olmamasını müəyyənləşdirmək məqsədilə testdən keçməyə məcbur edib.

Bundan sonra Asala Nəsrinin sərbəst buraxıldığı və Qahirəyə uçan təyyarəyə əyləşdiyi bildirilir.

Bu hadisə ilə bağlı müğənni “İnstagram”dakı səhifəsində şəkil paylaşıb və yazıb: “Allaha şükür!”