Kiyev yaxınlığında baş verən yol qəzasında üç nəfər, eləcə də Kiyev Vilayət Şurasının deputatı Boris Pançenko həyatını itirib.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının başçısı Aleksandr Qorqan məlumat verib.“Bir saat əvvəl yol qəzası nəticəsində Kiyev Vilayət Şurasının 1952-ci il təvəllüdlü deputatı Pançenko Boris Maksimoviç dünyasını dəyişib”, – deyə o öz Facebook səhifəsində yazıb.
Aleksandr Qorqanın sözlərinə görə, qəza Belotserkovski rayonunda, Belaya Serkov – Volodarka yolunda qeydə alınıb.