Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış nəticəsində ən azı 123 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.İnsanlar yolda yanacaq çənindən yanacaq almaq üçün toplaşıblar və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 15 nəfərdən çoxunun da durumu ağırdır.
Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yaxınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosikletdə yanıb.
Pakistanın şərqində benzin çənində baş verən yanğını nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Associated-Press” agentliyi məlumat yayıb.
Bundan əvvəl 140 nəfərin öldüyü, 49 nəfərin xəsarət aldığı açıqlanıb.
***
Pakistanın şərqində benzin çənində baş verən yanğını nəticəsində ən azı 140 nəfər ölüb.
Qaziler.az məlumatına görə, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.
Bundan əvvəl 123 nəfərin öldüyü, 49 nəfərin xəsarət aldığı açıqlanıb.
***
Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış nəticəsində ən azı 123 nəfər ölüb, 49 nəfər xəsarət alıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Geo Tv” telekanalı məlumat yayıb.
İnsanlar yolda yanacaq çənindən yanacaq almaq üçün toplaşıblar və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 49 nəfərin çoxunun da durumu ağırdır.
Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yağınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosikletdə yanıb.