Ukrayna Radasında bir neçə fraksiya Prezident Pyotr Poroşenkoya qarşı impeçment prosedurunu başlatmaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb. Qəzet prosedurun başladılmasının əsas təşəbbüskarının keçmiş baş nazir, Baktivşina Partiyasının lideri Yuliya Timoşenko olduğunu bildirib. İmpeçment ideyasını ölkənin digər müxalif partiyaları da dəstəkləyib. Qəzetin mənbəsi Poroşenkoya qarşı qüvvələr balansının müəyyən edilməsindən sonra Radikal Partiyasının da buna dəstək verməyə hazır olacağını bildirib.Poroşenkoya qarşı impeçmentin verdiyi vədləri yerinə yetirməməsi və korrupsiyaya görə başladılacağı vurğulanıb. Mənbə artıq impeçment layihəsinin Radaya təqdim edildiyini və yaxın zamanlarda ictimaiyyətə açıqlanacağını söyləyib.