Əgər Çinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı səyləri uğursuz olsa, ABŞ burada savaşa başlayacaq.
Axar.az xəbər verir ki, bunu Astanada keçirilən Avrasiya forumunda çıxışı zamanı Avropa Komissiyasının keçmiş rəhbəri Joze Manuel Barrozu söyləyib.
“ABŞ hazırda Çinə böyük təyziqlər edir. Məncə, artıq Pekin də bu təyziqlərin blef olmadığını anlayıb. Əgər Çin bu problemi həll etməsə, ABŞ Şimali Koreyaya girəcək”, – deyə o bildirib.