Rusiya prezidenti Vladimir Putin Rusiyanın öz maraqlarını qoruyaraq axıra kimi gedəcəyini və Krımla bağlı hər şeyi düzgün etdiyini qeyd edib.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, Rusiya KİV-nə istinadən bildirir ki, Putin açıqlamasında insanların nə istədiyini başa düşməyin ən əhəmiyyətli iş olduğunun önəmindən bəhs edib. Rusiya lideri “mən onlara bizim üçün həyati əhəmiyyəti olan mövzunun insanlar olduğunu dedim. Hansı mövzuda olduğunu bilmirəm, amma maraqlarımızı qoruyacağımızı çox yaxşı bilirəm. Bu çox vacib məsələdir” deyib.Putin sözlərinə belə davam edib: “Nəyisə dişləyib qoparmaq üçün yox, Krım strateji əhəmiyyətə malik olduğu üçün, bunun tarixi ədalətin elementi olduğu üçün bunu etdik. Doğru addım attığımızı düşünürəm və peşman deyiləm”.