Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəliblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin sədri Donald Tusk məlumat verib."Razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirilməməsi səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadacaq", - Tusk öz "Twitter" hesabında yazıb.
Məlumata əsasən, rəsmi sanksiyalar Aİ-na üzv ölkələrin liderlərinin sammiti bitdikdən bir neçə gün sonra uzadıla bilər.
Qeyd edək ki, sammit iyunun 23-də bitəcək.