Polşa parlamentinin aşağı palatası kommunizm və digər totalitar quruluşların təbliğatının qadağan edilməsi haqqında qanuna dəyişiklik edib.
Kult.az xəbər verir ki, dəyişikliklərin qəbul olunmasına 408 deputat səs verib. Buna qarşı yalnız 7 deputat çıxıb.
Sənəddə sovet dövrünə aid abidələrin, eləcə də Qırmızı ordunun şərəfinə ucaldılan memorialın sökülməsi yer alıb. Belə ki, yeni dəyişikliklərə əsasən Polşada kommunizmi simvolizə edən abidələr qadağan olunub.