Suriyada Nuri məscidinin partladılması həm mədəni, həm də insani bir faciədir. Kult.az xəbər verir ki, bu sözləri YUNESKO-nun Baş direktoru İrina Bokova deyib.
“Nuri məscidi və Hadba minarəsinin dağıdılması böyük faciədir. Biz mədəni irsi qorumağa çalışmalıyıq”, - deyə Bokova rəsmi Tvitter hesabında paylaşım edib.
Xatırladaq ki, İŞİD terror qruplaşması Mosulun əsas məscidi sayılan Nuri məscidini partladıb.