Səudiyyə Ərəbistanının yeni vəliəhdi ABŞ Prezidenti Donald Trampın İrana qarşı barışmaz mövqeyinin tərəfdarıdır.
Axar.az xəbər verir ki, bunu “Nyu York Tayms” qəzetinə açıqlamasında Beynəlxalq Böhran Qrupunun vitse-prezidenti Rob Malli söyləyib. Onun fikrincə, bu, bölgədəki vəziyyəti daha da kəskinləşdirə bilər:“Əgər İrana münasibətdəki ABŞ və Səudiyyə Ərəbistanının siyasəti hərbi xarakterli olsa, Tehran buna reaksiya verə bilər. İran və Amerika gəmiləri bilərəkdən Fars körfəzində qarşı-qarşıya gəlsələr, tərəflər arasında toqquşmadan yayınmaq mümkün olmayacaq”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında yeni vəliəhd Məhəmməd bin Salman əl-Səud ötən gün açıqlamasında İranla danışıqlar aparılmayacağını və müharibəni İran daxilinə çəkəcəyini deyib.