Afinadan Ankaraya etiraz: “İzn verməyəcəyik”

Afinadan Ankaraya etiraz: “İzn verməyəcəyik” backend

“Müqəddəs Sofiya Kilsəsi”ndə (Ayasofya) Quran oxunması və dualar edilməsi qəbuledilməzdir. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Yunanıstan Xarici İşlər Nazirliyi yayıb.

“Biz Ayasofyada Türkiyə Dini İşlər İdarəsi rəhbərinin iştirakı ilə Quran oxunması və bunun Türkiyə dövlət televiziyasında yayımlanmasını qınayırıq. Ayasofya YUNESKO dünya mədəniyyət irsinin bir hissəsi kimi tanınır. Burada Quran oxunmaqla onu məscidə çevirmək cəhdi beynəlxalq ictimaiyyəti təhqir etmək deməkdir. Bu, xristianların dini hisləri ilə oynamaqdır”, – deyə bəyanatda yer alıb.

Qeyd edək ki, Ayasofya 537-ci ildə Bizans imperatoru Yustinianın əmri ilə tikilib. 1453-cü ildə İstanbulun Osmanlı imperatoru Fateh II Mehmet tərəfindən ələ keçirilməsindən sonra kilsə məscidə çevrilib. 1935-ci ildən bu günə qədər Ayasofya müzey olaraq fəaliyyət göstərir.

Türkiyə uzun illərdən sonra ilk dəfə keçən il burada azan oxunmasına izn vermişdi. Bu, rəsmi Afinanın kəskin etirazına səbəb olmuşdu.