ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri İşığa YPG-yə verilən dəstəklə bağlı məktub göndərib.
Axar.az xəbər verir ki, Mettis məktubunda YPG-yə verilən silahların siyahısının Türkiyəyə təqdim olunacağını və İŞİD-in məğlub edilməsindən sonra silahların geri alınacağını bildirilib.
Qeyd edək ki, Türkiyə YPG-nin terror təşkilatı olduğunu və terrorizmə qarşı mübarizədə bu qurumdan istifadə edilməsini qəti şəkildə pisləyib. ABŞ isə YPG-yə verilən silahların İŞİD-in məğlubiyyətindən sonra geri alınacağı barədə Türkiyəni əmin edib.