Avstraliya ordusu Suriyada hava əməliyyatlarını davam etdirəcək. Axar.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü əməliyyatların 2 gün əvvəl müvəqqəti olaraq dayandırdıqlarını və yenidən başlayacağını deyib.Qeyd edək ki, Avstraliya ABŞ-ın Suriyaya məxsus təyyarəni vurması və Rusiyanın ABŞ nəzarətindəki koalisiyaya qarşı açıqlamasından sonra uçuş əməliyyatlarını təxirə saldığını açıqlamışdı.