İraq Baş naziri Heydər Abadi İŞİD-in məğlub olduğunu bildirib.
Axar.az “Hürriyət”ə istinadən xəbər verir ki, İraq Baş naziri İŞİD-in 800 illik Nuri məscidini və onun Hadba minarəsini partlatmasının "tarixi bir cinayət " olduğunu vurğulayıb.O, həmçinin bu hərəkəti İŞİD-in öz məğlubiyyətini elan etməsi kimi dəyərləndirib:
“Bu məğlubiyyətin rəsmi olaraq elanıdır”.
Qeyd edək ki, İŞİD lideri Bağdadi məhz Nuri məscidində “xəlifəlik” elan etmişdi.