İran “Tehran terroru”na görə İŞİD-dən intiqamını aldı — 100 ölü

İran “Tehran terroru”na görə İŞİD-dən intiqamını aldı — 100 ölü backend

Suriyada İŞİD terror təşkilatına ağır zərbə endirilib.


“Ölkə.Az" xəbər verir ki, əməliyyat İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən (SEPAH) Deyr-əz-Zor şəhərində keçirilib. Əməliyyat çərçivəsində terrorçuların gizləndiyi ərazilər raketlə vurulub. Zərbələr nəticəsində 65 terrorçu məhv edilib.

SEPAH-dan verilən açıqlamaya görə, zərbələr ballistik raketlərlə vurulub. Zərbələr nəticəsində Deyr-əz-Zorun şərqində terrorçuların məskunlaşdığı ərazilər dağıdılıb. SEPAH bu zərbələri Tehranda törədilən terror aktına cavab kimi keçirdiklərini bildirib.

Verilən açıqlamaya görə, digər əməliyyat Əl-Mayad şəhərində keçirilib. Burada keçirilən əməliyyat nəticəsində 27 terrorçu öldürülüb. Öldürülən terrorçular arasında 6 komandir var.

Rəsmi Tehranın verdiyi məlumata görə, əməliyyatlar əvvəlcədən Suriya hökuməti ilə razılaşdırılıb.