Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 31 siyasi partiya iştirak edəcək. Bu barədə Trend çərşənbə axşamı “Resmi Gazete”nin saytında dərc olunmuş məlumata istinadən xəbər verir.
Parlament seçkilərində iştirak edəcək namizədlər öz postlarını fevralın 10-dək tərk etməlidirlər. Türkiyədə 2011-ci ildə keçirilmiş parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası səslərin 46,66 faizini toplamışdı.