ABŞ Senatının Rusiyaya qarşı qəbul etdiyi qanun layihəsi Nümayəndələr Palatası tərəfindən müzakirə edilməyib.
Axar.az xəbər verir ki, buna səbəb Respublikaçılar Partiyasının mövqeyi olub. Belə ki, partiya Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinə qısa zaman çərçivəsində səs verməkdən imtina edib.Respublikaçıların addımı Demokratlar Partiyasının kəskin etirazına səbəb olub. Demokrat konqresmen Eliot Encel qanun layihəsinin gec qəbulunun Tramp tərəfdarlarının antirusiya sanksiyalarını zəiflətməsinə səbəb olacağını söyləyib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Reks Tillerson Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiya müzakirələrinin Moskva ilə danışıqlara zərbə vuracağını bildirmişdi.
Senat keçən həftə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi qəbul etmişdi. Bu qanun layihəsi Nümayəndələr Palatası və prezident tərəfindən təsdiq edilməli idi.