Xocalı qatili istefaya göndərilir

Xocalı qatili istefaya göndərilir backend

Ermənistan Baş Qərargahında dəyişikliklər olacaq. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. İstefaya gedənlər arasında Ermənistan Baş Qərargah rəisi Movses Akopyanın da olacağını bildirilir. Onun yerinə isə general-mayor Onik Qasparyanın gətirilməsi planlaşdırılır.


“Məhz buna görə Serj Sərkisyan Qasparyanı Akopyanın birinci müavini təyin etdi. Akopyanın bundan sonrakı taleyinin nə olacağı bilinmir”, - qəzet yazıb.

Qeyd edək ki, Movses Akopyan Qarabağ ermənisidir. O, 2007-2015-ci illər ərzində separatçı rejimin "müdafiə naziri" işləyib.

Akopyan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Rusiyanın 366-cı motoatıcı alayının komandirlərindən olub.