Şimali Kipr Türk Respublikası Prezident seçkisində Mustafa Akıncının qalib gəldiyini elan edib.
Axar.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının yüksək seçki təşkilatının rəhbəri Şəfəq Önəri yüzdə 64.15 % iştirakçı olan seçkilərdə istifadə olunan 110 min 60 səsdən 108 min 32-sinin etibarlı sayıldığını açıqlayıb.Rəsmi məlumata görə, nəticələr bu axşam açıqlanacaq. Akıncı vəzifəsini həftə içində təhvil alacaq. İqtidar partiyası Cümhuriyyətçi Türk Partiyası - Birləşmiş Qüvvələr (CTP-BG) və Sosial Demokratiya Partiyasının dəstəyi ilə ikinci tur seçimlərinə girən Akıncının vəzifə müddəti 5 il olacaq.
Qeyd edək ki, Akıncı 1947-ci il dekabrın 28-də Limasolda doğulub. Orta Şərq Texniki Universitetinin (ODTÜ) Memarlıq Fakültəsini bitirib, 1975-ci ildə Kipr Türk Federal Dövləti Qurucu Məclis üzvlüyünə seçilib. Akıncı 1999-2001-ci illər arasında Baş nazir köməkçisi və Turizm naziri vəzifəsində çalışıb. Əla səviyyədə ingiliscə bilən Akıncı evlidir, üç övladı var.