Baş nazir zəhərlənən əsgərlərdən danışdı: Şübhələr var

Baş nazir zəhərlənən əsgərlərdən danışdı: Şübhələr var backend

Türkiyənin baş naziri Binəli Yıldırım Manisada zəhərlənən əsgərlərlə bağlı şübhələrin olduğunu bildirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 500 əsgərin xəstəxanaya yerləşdirilməsindən sonra Manisadakı əsgərləri yeməklə təmin edən şirkətlə tender ləğv edilmişdi.

Baş nazir Binali Yıldırım Manisadaki əsgərlərin zəhərlənməsi ilə əlaqədar: "Bəzi şübhələr var, qəsd də daxil olmaqla bütün ehtimallar araşdırılır. Əlavə bəzi tədbirlərin alınması da gündəmdədir. Kazarmalarda qida alışı dövlət tenderlərinin xaricinə çıxarılacaq. Detalları milli müdafiə nazirliyi müəyyən edəcək" - deyə bildirib.