Ötən gün axşam Londonda naməlum avtomobil məsciddən qayıdan bir qrup insanın üzərinə hərəkət edib.
QAZİLƏR.AZ Modern.az-a istinadən bildirir ki, 1 ölü, 8 nəfərin yaralandığı hadisə baş nazir Tereza Mey tərəfindən terror aktı adlandırılıb.
O, hadisə ilə bağlı hökumətin təcili iclasını keçirəcəyini deyib.
Şahidlər isə maşının sürücüsünün “bütün müsəlmanları öldürəcəm” –deyə çığıraraq kütlənin üstünə şığıdığını deyib. Hazırda cinayəti törədən şəxs polis idarəsindədir.