Trend-in məlumatına görə, bu barədə "Nepal1" telekanalı xəbər yayıb.
"Ölənlərin sayı 3585 nəfər olub, 6 mindən çox insan isə xəsarət alıb", - deyə televiziyanın məlumatında bildirilir.Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalın paytaxtı Katmandudan 82 kilometr şimal-qərbdə 7,9 bal gücündə zəlzələ baş verib. Ondan sonra isə bir neçə afterşok xarakterli təkanlar baş verib, bazar günü isə 6,7 bal gücündə növbəti zəlzələ qeydə alınıb.