Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasına məxsus Hərbi Hava Qüvvələrinin Yəmənin şimalındakı Saad vilayətinə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc sakin ölüb.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə “Saba” agentliyi məlumat yayıb.Məlumata görə, hadisə şənbə günü axşam baş verib. Zərbə krallıqla sərhəddəki Şad ərazisindəki Əl-Maşnak bazarına endirilib. Zərbə nəticəsində daha 1 nəfər xəsarət alıb.
Qeyd edək ki, Yəməndə vətəndaş qarşıdurması 2014-cü ilin avqustundan davam edir. Belə ki, artıq 3 ilə yaxındır hökumət qüvvələri ilə qiyamçı husilər arasındakı silahlı toqquşmalar səngimir.