Prezident müsahibə zamanı arını uddu

Prezident müsahibə zamanı arını uddu backend

Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.

Qaziler.az-ın xəbərinə görə, bu barədə ABC 6 telekanalı məlumat yayıb.

Prezident ölkənin cənubunda beton zavodunun açılışı barədə danışarkən arı onun ağzına girib. Buna baxmayaraq, Solis özünü itirməyib:

“Mən onu uddum. Hər gün belə olmur... Təmiz zülaldır”, - dövlət başçısı zarafat edib.