Suriya ordusu iki sutkalıq atəşkəs elan edib

Suriya ordusu iki sutkalıq atəşkəs elan edib backend

Suriya ordusu Deraa şəhərində terrorçulara qarşı hərbi əməliyyatları 48 saat müddətinə dayandırıb.

“Sana” agentliyinin xəbərinə görə, Suriya ordusunun məqsədi barışığın əldə olunması istiqamətindəki səylərin dəstəklənməsidir.

“Suriya hökuməti atəşkəs rejiminin tətbiq etdirilməsində maraqlıdır və bu istiqamətdə səylər göstərməkdə davam etdirir”, - deyə Suriya dövlət kanalının məlumatında bildirilir.