Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var backend

Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Qaziler.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.